Logo

“AA” seriyalı avtomobillərin qayda pozuntuları - FOTOLAR

“AA” seriyalı avtomobillərin qayda pozuntuları - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bir müddət əvvəl dövlət qeydiyyat markalı avtomobillərdəki «-» işarəsinin olmamağı problemi mətbuatda öz əksini tapmışdı. Ancaq bu cür hallar hələ də müşahidə olunur.

Belə ki, bu "AA” seriyalı avtomobilin qaydalara əməl etməməsi ilə bağlı mətbuatda foto yayılıb.

“AA” seriyalı avtomobillərin qayda pozuntuları - FOTOLAR

Sfera.az bununla bağlı yol qaydaları üzrə ekspert Elməddin Muradlının fikirlərini öyrənib.

Elməddin Muradlı açıqlamasında bildirib ki, avtomobildən və onları idarə edənlərin şəxsiyyətindən asılı olmayaraq bütün maşınlarda dövlət nişanları eyni olmalıdır:

"Dövlət qeydiyyat nişanlı avtomobillərdə seriya ilə rəqəmlər arasındakı «-»  işarəsi hər maşında olmalıdır. Heç kimə ayrıseçkilik edilmir. Qanunvericilikdə nə nəzərdə tutulubsa hamıya şamil edilir. Çünki nömrənin özünün dövlət standartı var və standarta uyğun olmalıdır".

"Bəs "AA” seriyalı dövlət qeydiyyat markalı avtomobillər qaydanı pozduqda nə kimi tədbirlər görülür?" sualına Elməddin Muradlının cavabı belə oldu:

"Dövlət yol polisi sürücülərə bununla bağlı 1 ay vaxt vermişdi. Bütün sürücülər bu məsələləri yoluna qoymalı idi. Nömrədəki seriya arasında olan «-» işarəsi təmin olunmalı idi. Əks halda sürücülərə 50 AZN cərimə nəzərdə tutulub. Bizim qanun vericilikdə fərq qoyulmu. İstərsə "AA” seriyası olsun, istərsə fərqli bir seriya olsun. Qanunvericilik hər kəsə eyni dərəcədə şamil olunur. Qanunvericilikdə belə bir cümlə yoxdur ki, "AA” seriyası qaydanı poza bilər".

Ekspert bəzi hallarda yol qaydalarının poulmasına icazə verildiyini də qeyd edib:

"Qanunvericilikdə belə bir cümlə var ki, operativ nəqliyyat vasitələri zərurət olduqda təhlükəsizlik qaydalarına əməl etməklə yol hərəkət qaydalarını poza bilərlər. Bu isə "AA” seriyası da ola bilər, başqa seriya da ola bilər. Sadəcə qanunvericiliyin tələbinə uyğun operativ nəqliyyat vasitəsi olmalıdır. Yəni, yol polisi onu qeydiyyata alarkən texniki pasportunda qeyd olunmalıdır ki, bu avtomobil operativ nəqliyyat vasitəsidir. Üzərində sayrışan işıqlar və çox avazlı səs siqnalı qoyulmasına icazə verilir. Yoxsa ki, hər kəs "AA” seriyası alıb, maşına taxıb "istədiyim qaydanı poza bilərəm", deyə bilməz".

Ekspertin sözlərinə görə, yol polisləri hər kəsə qarşı eyni münasibəti göstərməlidirlər:

"Necə ki, bizdən, sizdən tələb etdilər gedib «-» işarəsini təmin etdik, eləcə də məmurlardan da bu tələb olunmalıdır”.

Xatırladaq ki, ir müddət əvvəl mediada "90 AA 999" dövlət qeydiyyat markalı avtomobilin Rövnəq Abdullayevə aid olduğu ilə bağlı məlumat getmişdi.

Nihat HÜSEYNZADƏ

“AA” seriyalı avtomobillərin qayda pozuntuları - FOTOLAR
“AA” seriyalı avtomobillərin qayda pozuntuları - FOTOLAR
“AA” seriyalı avtomobillərin qayda pozuntuları - FOTOLAR
“AA” seriyalı avtomobillərin qayda pozuntuları - FOTOLAR
“AA” seriyalı avtomobillərin qayda pozuntuları - FOTOLAR
“AA” seriyalı avtomobillərin qayda pozuntuları - FOTOLAR

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR