Logo

Bu il nə qədər uşaq 1-ci sinifə gedəcək?

Bu il nə qədər uşaq 1-ci sinifə gedəcək?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Sabahdan etibarən məktəblərdə 1-ci sinifə qəbul üçün elektron sənəd qəbuluna başlanılacaq. Bu il 50 min uşağın 1-ci sinifə getməsi planlaşdırılır”.

Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan Respublikasının Bakı Şəhər Baş Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə məktəbəqədər hazırlıq kurslarına qatılan uşaqların isə yenidən qeydiyyatına ehiyac yoxdur:

"Onlar artıq elektron qeydiyyatdan keçiblər. Bunların ümumi faizi 65-dir”.

O, bildirib ki, bu il ilk dəfə olaraq Sumqayıt, Gəncə şəhərləri və Abşeron qəsəbəsində elektronelektron sənəd qəbulu keçiriləcək.

Qeyd edək ki, sentyabrın 15-i sened qebulun son günüdür.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR