Logo

Bölgələrdə subasma təhlükəsi varmı? - AÇIQLAMA

Bölgələrdə subasma təhlükəsi varmı? - AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son günlər respublikada yağan aramsız, intensiv yağışlar çaylarda sululuğu artırıb.

Bəs, çaylarda sululuğun artması bölgələrdə subasma təhlükəsi yarada bilərmi?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometroloji Proqnozlar Bürosunun direktor əvəzləyicisi Gülşad Məmmədova sualımızı cavablandırıb. G.Məmmədova Sfera.az-a açıqlamasında bildirib ki, respublika üzrə əksər çaylarda sululuq artsa da, hələlik heç bir təhlükəli vəziyyət yaranmayıb:

"İki gündür ki, respublikanın bəzi ərazilərində sulu qar, qar və yağışın yağması əksər çaylarda sululuğu artırıb. Böyük Qafqazın bəzi ərazilərində yağıntılar intensiv xarakter almışdı. Buna baxmayaraq bir çox çaylarda, o cümlədən də kürdə ətraf ərazilər üçün subasma təhlükəsi yaranmayıb. Böyük Qafqaz, Lənkəran-Astara, Qazax-Gəncə bölgəsinin bəzi dağ çaylarında sulululuq artıb”.

Aydan Lətifova

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR