Azərbaycanın geri qaytardığı erməni ailə - İrəvanda həbs edildi
Kateqoriya məlum deyil
Azərbaycanın təhvil verdiyi erməni ailə ölkəsində həbs olunub.
“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, üçüncü ölkəyə keçmək niyyəti ilə Azərbaycan tərəfinə keçən, daha sonra geri qaytarılan ailənin başçısı Yeqiş Gevorkyan 5 il, onun həyat yoldaşı Ruzanna Gevorkyan isə 3 il azadlıqdan məhrum ediliblər. Hər ikisi 1 il sınaq məqsədilə şərti azadlığa buraxılıblar.
Xatırladaq ki, ailə 3 uşağı ilə birgə 2010-cu ildə Azərbaycan tərəfinə keçmiş, 2014-cü ildə isə geri qaytarılmışdılar.






