Məzahir Pənahov: "Seçkini müşahidə etmək üçün 6 müraciət daxil olub"
Kateqoriya məlum deyil
"Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkisində müşahidə aparmaq üçün Mərkəzi Seçki Komissiyasına (MSK) 6 müraciət daxil olub".
Sfera.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, bütün müraciətlərə müsbət cavab verilib: "Biz çalışırıq ki, bütün müşahidə aparmaq arzusunda olan insanlara şərat yaradaq. Çünki müşahidəçilərin çoxluğu seçkinin daha şəffaf keçməsi üçün əhəmiyyətlidir”.






