Masallıda gənclər arasında milli ideologiyanın təbliği məsələləri müzakirə olunub

Masallıda gənclər arasında milli ideologiyanın təbliği məsələləri müzakirə olunub

Masallı şəhərindəki Gənclər Mərkəzində gənclər arasında milli ideologiyanın təbliği məsələləri müzakirə edilib. 

Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə gerçəkləşən tədbirdə milli mənəvi dəyərlər və ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının cəmiyyətdə, xüsusilə də gənclər arasında təbliğindən ətraflı söhbət açılıb.Maarifləndirici tədbirdə çıxış edən Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov layihənin əsas məqsədinin Azərbaycanda dövlətçilik ənənələrinin, ideologiyanın gənclər arasında təbliğinə yönəlidiyini bildirib.C.Xəlilov gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinin cəmiyyətin inkişafında mühüm yer tutduğunu vurğulayaraq öz millətini sevən, tarix və mədəniyyətinə yaxşı bələd olan gənclərin daim ölkəsinin inkişafına çalışdığını, gənc nəslin bu ruhda böyüməsi istiqamətində xüsusi layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.Ehtiyatda olan polkovnik C.Xəlilov Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan Masallı oğullarının qəhrəmanlığını yüksək dəyərləndirərək, Azərbaycan Ordusu sıralarında xidmət edən rayon gənclərinin zəngin bilikləri və fiziki hazırlıqları ilə fərqləndiyini deyib.Tədbirdə Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları Adil Haqverdiyev, Telman Babayev, Zahiddin Abbasov, Nəbi Hacıyev və İradə Alızadənin mövzu ilə bağlı mühazirələri dinlənilib, suallar cavablandırılıb.Sonda Masallı Rayon Ağsaqqallar Şurasının sədr müavini Ələşrəf Niftiyevə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Masallı rayon şurasının sədri Məmmədağa Şiriyevə “Veteran həmrəyliyi” medalı təqdim olunub.

azertac


OXŞAR XƏBƏRLƏR