Logo

Azərbaycanın xarici dövlət borcu nə qədərdir?

Azərbaycanın xarici dövlət borcu nə qədərdir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9 mlrd. 398,3 mln. ABŞ dolları (15 mlrd. 978,1 mln. manat) olub.

Maliyyə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 22,8% (2017-ci il üçün hesablanmış 70 mlrd. 135,1 mln. manat ÜDM-ə nisbətdə) təşkil edib.

Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Qeyd edək ki, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR