Bayıldakı sürüşməyə görə Bayıl sakinləri siyahıya alındı
Kateqoriya məlum deyil
"Bayıl sürüşmə zonasında evi olan sakinlər siyahıya alınıblar".
Sfera.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Səbail Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov deyib.
O bildirib ki, artıq siyahıya alınma başa çatıb: "Kimin ailəsində neçə nəfərin olması, məktəbdə yerləşdirilən vətəndaşların sayı dəqiqləşdirilib. Müvafiq prosedurlar yekunlaşan kimi biz işin icrasına başlayacağıq".






