Gənclər İlham Əliyevin namizdəliyini dəstəkləyir - VİDEO
Azərbaycanın müxtəlif regionlarını təmsil edən 3000-dən çox gənc prezident seçkilərindəki namizədlərini dəstəkləmək üçün bir araya toplaşdı.
Bu gün ''Prezident seçkilərində gənclərin və idmançıların namizədinin dəstəklənməsinə həsr olunmuş respublika toplantısı'' adlı tədbir keçirilib. Toplantıda iştirak edən gənclər bu il keçiriləcək prezident seçkilərində də onlara hər cür şərait yaradan prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər.
Toplantıda uğur qazanmış gənclər və idmançıların çıxışları dinlənilib. Çıxışçılar keçdikləri həyat yolundan və onlar üçün yaradılan şəraitdən geniş şəkildə bəhs ediblər.
Daha sonra Azərbaycanın hər iqtisadi regionundan bir gənc çıxış edib, regionların inkişafından, gənclərə qayğıdan, Azərbaycanda gənclərlə bağlı həyata keçirilən xüsusi dövlət proqramlarından söz açıb, region gənclərinin prezident seçkilərində İlham Əliyevə səs verəcəklərini bildiriblər.
xezerxeber.az





