"Evləri sənədsiz satırdılar" - "Şərurlu İsfəndiyar" mənzil fırıldaqçılarından DANIŞDI
"Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundov Azərbaycanda mənzil mülkiyyətçilərinin hüququnun təmin olunması ilə bağlı Mülki Məcəlləyə edilmiş son dəyişiklikləri şərh edib.
O, Sfera.az-a bildirib ki, son dəyişikliklər inqilabi əhəmiyyət daşıyır:
"Bu çox vacib və doğru qərardır. Mən bir neçə il öncə də bu məsələ ilə bağlı təklif irəli sürmüşdüm. Çünki son illər bir mənzilin bir neçə adama satılması kimi dələduzluq hallarının sayı artıb. Bu cür fırıldaqlıqlarla məşğul olan qondarma tikinti şirkətlərinin də sayı artmışdı. Həmin fırıldaq şirkətlər evləri sərəncamsız, sənədsiz satırdılar. Nəticədə də insanlar ziyana düşürdülər, zərər çəkirdilər. Artıq bundan sonra belə hadisələr kəskin azalacaq. Mən bu qərarı alqışlayıram".
İş adamı deyib ki, rəhbərlik etdiyi şirkət heç zaman insanları aldatmayıb:
"Biz ziyana düşəndə belə bunun vətəndaş tərəfindən ödənilməsi yolunu tutmamışıq. Ona görə də ev fırıldaqlığı ilə bağlı bizə şikayətlər edilmir".
Aydan






