Logo

Bu gün Bakının bu ərazilərində su olmayacaq - XƏBƏRDARLIQ

Bu gün Bakının bu ərazilərində su olmayacaq - XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Fevralın 9-da gün ərzində Süleyman Vəzirov, Fəzail Bayramov, Afiyəddin Cəlilov, Mehdi Mehdizadə, Nəcəfqulu  Rəfiyev, Natiq  Əliyev, Əllədin  Quliyev küçələrinə,  Xocalı, Nobel və Babək prospektləri boyu bəzi ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
"Azərsu” Açıq  Səhmdar Cəmiyyətindən Sfera.az-a verilən məlumata görə, buna səbəb Bakı şəhəri Babək prospektində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin köçürülməsidir.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR