ATV-nin prezidenti Azər Xəlilov - Yeni vitse-prezident xəbərini YALANLADI / ÖZƏL
Kateqoriya məlum deyil
Azad Azərbaycan televiziyasına (ATV) yeni vitse-prezidentin təyin olunması ilə bağlı mediada xəbər yayılıb.
Məlumatda bildirilib ki, AzTV-nin məşhur aparcısı Dilarə Səlimin qardaşı Qurban Səlimov kanala yeni vitse-prezident təyin edilib.
Məsələ ilə bağlı Metbuat.az "Azad Azərbaycan Müstəqil Teleradio Şirkəti"nin prezidenti Azər Xəlilov ilə əlaqə saxlayıb. Azər Xəlilov açıqlamasında xəbəri yalanlayıb:
"Məlumat həqiqətə uyğun deyil. Heç bir şeydən xəbəri olmayan adamlar boş-boş şeylər yazırlar. Bu, bizim işimizə qarışmaqdır”.
Sfera.az






