İlham Əliyevlə Sarkisyan ilin sonu görüşə bilər
Cəmiyyət
04:51 / 27.10.2015
1293
Azərbaycan və Ermənistan prezidentləri bu ilin sonunda görüşə bilərlər.Sfera.az xəbər verir ki, belə bir təşəbbüslə ATƏT-in Minsk qrupunun həmsədrləri çıxış ediblər. Amerikalı həmsədr Ceyms Uorlikin sözlərinə görə, hər iki dövlət başçısının ən yüksək səviyyədə görüşünün təşkili İrəvan və Bakı səfərləri zamanı əsas müzakirə mövzusu olacaq:“Mənə məlumdur ki, dekabrın əvvəli Ermənistanda referendum keçiriləcək. Prezidentlərin qrafiklərini nəzərə alaraq görüş referendumdan sonraya, lakin ilin sonuna qədər planlaşdırıla bilər”.Onun sözlərinə görə, buna qədər prezidentlərdən daha aşağı səviyyəli danışıqlar prosesini intensivləşdirmək lazımdır. Bu komissiya və ya işçi qrupu şəklində ola bilər.
qafqazinfo