Sumqayıta bu ayın sonunda 43 ədəd… - ÖZƏL
Kateqoriya məlum deyil
Sumqayıtda ictimai nəqliyyat sistemində kiçiktutumlu avtobuslar xətdən çıxarılaraq yeni iritutumlu, müasir avtobuslarla əvəzlənir.
Sfera.az-ın məlumatına görə indiyədək şəhərə 120 ədəd yeni avtobuslar gətirilib və sərnişinlərin ixtiyarına verilib. Şəhər nəqliyyatında istismara yararsız avtobusların 80 faizi yenilənib və bu prosesin bundan sonra davam etdiriləcəyi bildirilir.
Məlumata görə bu ayın sonunda Sumqayıta daha 43 ədəd yeni avtobusun gətirilməsi də planlaşdırılır.
Xeberle.com






