Logo

Gənclərin növbəti təliminə start verildi.

Gənclərin növbəti təliminə start verildi.
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) AR Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsi çərçivəsində "Bloger-Vbloger;Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bilib-bilmədikləriniz” adlı layihənin növbəti  təliminə start verdi.

Layihə çərçivəsində həyata keçirilən təlimin növbəti günündə tədbiri giriş nitqi ilə açan AGAT-ın sədri Lalə Mehdiyeva iştirakçıları salamladı və qeyd etdi ki, bu dəfə gənclərə beynəlxalq aləmdə bloger və v-bloger kimi tanınmaq üçün mühim istiqamətlərdən danışılacaq. L.Mehdiyeva onu da vurğulayıb ki, layihənin əsas məqsədi sosial şəbəkələrdə maddi - mənəvi dəyərlərimizi, tariximizi, ədəbiyyatımızı təşviq edən blogger və v-bloggerlərin hazırlanmasına nail olmaqdır.

Təlimin növbəti qonaq eksperti isə "voicepress.az" saytının həmtəsisçisi, beynəlxalq jurnalist Ülkər Hüseynova oldu. Ü.Hüseynova mükəmməl bloger olmağın  detallarından danışdı. O vurğuladı ki, Azərbaycan tarixini mədəniyyətini, həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması üçün blogerlik vacib sahədir və bu sahədə uğur qazanmaq üçün milli idealogiyanın olması mütləqdir. Ü. Hüseynova gənclərə blogerlik fəaliyyətində çatmaq üçün əzmli olmalı olduqlarını vurğuladıb.

"Bloger-Vbloger; Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bilib-bilmədikləriniz” adlı layihə çərçivəsində keçirilən ikinci  təlim sual cavablarla interaktiv şəkildə davam etdi.

Hörmətlə,

AGAT katibliyi

Gənclərin növbəti təliminə start verildi.
Gənclərin növbəti təliminə start verildi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR