Logo

Bakı sərnişin vağzalında Tbilisi-Bakı sürət qatarına bilet satışı başlanıb

Bakı sərnişin vağzalında Tbilisi-Bakı sürət qatarına bilet satışı başlanıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gürcüstandan Azərbaycana gələn 37 №-li Tbilisi-Bakı sürət qatarına dəmir yolu biletləri əldə etmək istəyən sərnişinlər artıq Bakı sərnişin vağzalındakı 2 №-li bilet kassasına müraciət edə bilərlər.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, sərnişinlər bu günə kimi Bakı-Tbilisi-Bakı sürət qatarına ancaq bir istiqamətə, yalnız Bakıdan bilet ala bilirdilərsə, hazırda bilet satışı hər iki istiqamətə aparılır.

Xatırladırıq ki, 2013-cü ilin avqust ayının 6-dan etibarən 2 №-li bilet kassasında Rusiya və Ukrayna dövlətlərinin ərazisındə hərəkət edən sərnişin qatarlarına və geriyə Azərbaycana bilet satışı uğurla aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR