Bakıda təmirsiz bu yol tıxaca səbəb olur - VİDEO

Bakıda təmirsiz bu yol tıxaca səbəb olur -  VİDEO

Paytaxdın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsinin ərazisini keçmək sürücülər üçün arzuolunmazdır.

Sfera.az-ın xəzər tv-yə istinadən məlumatına görə, yolun sağ kənarında aparılan təmir işlərindən sonra üzəri asfaltlanıb.

Ancaq keyfiyyətsiz asfaltlandığından yük maşınları yolu yararsız hala salıb.

Belə olduqda sürücülər sağ zolağı qoyub avtomobili orta ilə sürürlər. Xüsusilə axşam vaxtlarında həmin yolda tıxac yaranır.

Məsələ ilə bağlı "Azərsu"-dan bildirilir ki, həmin ərazidə bu yaxınlarda iş görməyiblər. "Azəryolservis" isə həmin yerdə bir neçə il əvvəl Bakının Su Sisteminin Yenidənqurulması layihəsi çərçivəsində "Azərsu"yun qazıntı apardığını və sona çatdıqdan sonra yolun asfaltlanmasını da bu qurumun həyata keçirdiyini bəyan edir.

Hazırda dağıldığı üçün yaxın gələcəkdə yolda təmir işləri nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR