Logo

Hesablama Palatası Əmanətlərin Sığortalanması Fondunu yoxlayıb

Hesablama Palatası Əmanətlərin Sığortalanması Fondunu yoxlayıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Hesablama Palatasının Kollegiyasının növbəti iclası keçirilib. 

Palatadan Sfera.az-a verilən məlumata görə, iclasda dövlət büdcəsinin investisiya xərclərindən və ehtiyat fondlarından Təhsil Nazirliyinə əsaslı vəsait qoyuluşu üçün ayrılan vəsaitlərin istifadəsinə dair və ləğv prosesində olan "Yunayted Kredit Bank” ASC-nin əmanətçilərinə kompensasiya ödənişləri üzrə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda (ADIF) aparılmış auditin nəticələrinə dair hesabatlar müzakirə olunub.

İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbiri ilə bağlı proqram təsdiq olunub, müvafiq qərarlar qəbul edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR