Bakıda doğranmış iş adamının marketi də bağlandı - FOTO
Bakıda həyavt yoldaşı Lalə Mahmudova və onun məşuqu Sədi Məmmədov tərəfindən vəhşicəsinə qətlə yetirilmiş 39 yaşlı Kamran Mahmudova məxsus "Full Mart" marketi artıq üç gündür fəaliyyət göstərmir.
Milli.Az bildirir ki, marketin giriş qapısına "bağlıdır" yazılıb və fəaliyyətin müvəqqəti, yaxud birdəfəlik dayandırılması ilə bağlı heç bir açıqlama verilməyib.
Xatırladaq ki, Yasamal rayon sakini, 1976-cı il təvəllüdlü Kamran Mahmudovun 26 sentyabr 2015-ci il tarixdən itkin düşməsi barədə hüquq mühafizə orqanlarına daxil olmuş məlumat əsasında həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, həmin tarixdə saat 03 radələrində Bakı şəhər sakini Sədi Məmmədov tanışı Lalə Mahmudova ilə qabaqcadan əlbir olub onun əri K.Mahmudovu öldürmək məqsədi ilə sonuncuların yaşadığı mənzilə gəlib.
S.Məmmədov K.Mahmudovun yatmış vəziyyətdə olmasından istifadə edərək özü ilə gətirdiyi odlu silahdan onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə atəş açaraq qəsdən öldürüb və meyidi L.Mahmudova ilə birlikdə bıçaqla hissələrə bölərək özünə məxsus BMW markalı avtomobillə İsmayıllı rayonunda qardaşı Əli Məmmədova məxsus bağ evinin həyətində basdırıb.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam ödürmə) maddəsi ilə cinayət işi başlanıb. K.Mahmudovun meyidi qeyd olunan ərazidə aşkar edilərək çıxarılmış, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, cinayətin aləti olan odlu silah və 12 ədəd güllə maddi sübut kimi götürülmüşdür.
Cinayətin S.Məmmədov və L.Mahmudova tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından onlar tutularaq istintaqa cəlb olunublar.
Lalə ilə Kamranın 15 illik evliliklərindən iki oğlanları olub. Böyük oğlan 13-14, balaca 8 yaşında olub.
Sfera.az