Əvvəl döydülər, sonra üzünü yandırdılar

Əvvəl döydülər, sonra üzünü yandırdılar
Gəncə şəhər sakinini əvvəlcə döyüb sonra sonra üstünə kimyəvi maddə xlorid turşusu töküblər.Gəncə Təcili Tibbi Yardım Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, şəhərin Yeni Gəncə qəsəbəsi, bina 64, ev 26 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Orxan Qoşqar oğlu Həsənov döyülmə və üzünün müxtəlif hissələrinin yanığı xəsarətləri ilə xəstəxanaya gətirilib.Onu bədənində əzilmə xəsarətləri olduğu üçün travmatologiya şöbəsinə yerləşdiriblər. Ona dərhal tibbi yardım göstərilib və vəziyyəti hazırda orta-ağırdır.28 yaşlı gənc gecə saatlarında Bakıdan qayıtdığını, 6 nəfər naməlum şəxsin ondan əvvəlcə pul və mobil telefonunu verməyi tələb etdiyini bildirib. Onun sözlərinə görə, tanımadığı həmin 6 nəfərin istəklərini yerinə yetirmədikdə isə naməlum şəxslər onu əvvəlcə döyüb, sonra isə üzərinə yandırıcı kimyəvi maddə töküblər.Faktla bağlı Gəncə Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR