Niyə qaraçılar saçlarını kəsdirmir və ya qaraçılar haqqında bilmədiyiniz faktlar — FOTOLAR
Bunları bilmirdiniz Qaraçılar köçəri xalqlardan biri hesab olunur və onlar Hind-Avropa mənşəlidirlər. Qaraçılara bütün Avrasiya materikində rast gəlinir. Avropa yazıçılarından Prosper Merime, Şarl de Koster və eləcə də Valter Skott öz əsərlərində qaraçıların mənşəyinə ötəri də olsa toxunurlar. Ölkə.Az xəbər verir ki, qaraçıların ilk kiçik dəstələri XV əsrin əvvəllərində Avropanın şərq hissələrində görünsə də, onların Avropaya haradan və nə üçün gəldikləri məlum deyil və qəribə burasıdır ki, az vaxt içərisində bir-birindən çox uzaq olan ölkələrdə onların bu qədər artıb çoxalmasına heç kəs inana bilmir. Qaraçıların özləri də öz adət ənənələri və mənşələri barədə indiyə kimi heç nə qoruyub saxlamamışlar və əgər onların əksəriyyəti Misiri birinci vətənləri hesab edirsə, bu da onların ta qədimdən indiyə qədər öz aralarında yayılmış bu uydurmaya əsaslanmalarıdır. Şarl de Koster və Valter Skott da qaraçıların tarixini XV əsrə aid edir. Digər bir məlumata görə qaraçılar İstanbulun fəthi zamanı Avropaya daxil olmuşdular. Başqa bir mülahizə isə qaraçıların eyni zamanda iki yoldan Avropaya daxil olduqları yönündədir. Bu mülahizəyə görə bir qrup Bosfor boğazından digər qrup isə Cəbəllütariq boğazından Avropaya keçmişdi. 2012–2014–cü illərə olan qeyri–rəsmi məlumata əsasən Azərbaycanda yaşayan qaraçıların ümumi sayı 10 min nəfərə yaxındır. Onlar iki qrupa bölünürlər: fars dilində danışanlar və kurmanc dilində danışanlar. Sizə qaraçılarla bağlı maraqlı faktları təqdim edirik: 1. Hər bir qaraçı üçün ən biabırçı hal olun tabordan qovulmasıdır. Bu, yalnız "lave", yəni ağır cinayətin işlədilməsi zamanı ola bilər. 2. Əgər qaraçının yalnız bir qulağında sırğa görsəniz, bilin ki, o, ailənin yeganə övladıdır. Qısa saçı olan qaraçı xanımı heç görə bilməzsiniz, çünki bu, namussuzluq əlamətidir. 3. Müasir dövrdə qaraçıların yalnız 1%-i köçəri həyat tərzi seçir. Qaraçılar üçün qadın bədəninin aşağı hissəsi və ona aid olan istənilən geyim murdar sayılır. Qaraçılara görə, əgər qadın nəyinsə üzərindən keçirsə, ora murdar hesab edilir. Məhz buna görə qaraçılar birmərtəbəli evlərdə yaşamağı seçir. 4. Qaraçıların ən sevimli yeməyi qızardılmış kirpidir. Bunu ən çox Polşa və Baltikyanı qaraçıları sevir. Sərxoş qaraçını görmək mümkünsüzdür. Qaraçılar spirtli içkini o qədər də qəbul etmir. Gənclərə isə böyüklərin yanında içmək qadağandır. 5. Uşaqların övladlığa götürülməsi olduqca adi haldır. Əgər qonaqlıqda uşaq nəyisə bəyənibsə, bu ona hədiyyə edilməlidir. 1944-cü ildə Almaniyanın Osvensim düşərgəsində 21 min qaraçı məhv edilib. 6. Qaraçının ölümdən əvvəl toxunduğu əşyalar çirkli sayıldığına görə onunla birlikdə torpağa tapşırılır. Bir çoxları üçün qaraçı qadınların rəngarəng ətəklər maraq kəsb edir. Əslində bu birbaşa yoxsulluqla bağlıdır. Belə ki, geyinilən və cırılan ətəyə digər ətək parçası tikilirdi. Yalnız kiçik oğul valideynlərlə qalmalıdır. 7. Qaraçı qadınların qızıl sevgisinin də səbəbi var. Belə ki, ərindən boşanan və evdən qovulan qadın zinət əşyaları ilə birlikdə evi tərk edir. Qaraçı qadınların gözlərinə baxmaq təhlükəlidir, çünki onlar hipnoz bacarığına malikdirlər.(ölkə.az) Sfera.az