Yanan binadakı “xilaskar” həbs edildi

Yanan binadakı “xilaskar” həbs edildi

Bakının Binəqədi rayonunda yanan binada bir neçə nəfəri xilas etdiyini deyən Kamran Babayev həbs edilib.

Sfera.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən baku.ws-ə verilən məlumata görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 (oğurluq, təkrar oğurluq) maddəsi ilə axtarışda olan Kamran Uğur oğlu Babayev saxlanılıb.

Saxlanılan şəxs mobil telefon oğurluğunda şübhəli bilinir. Oğurluqda şübhəli bilinən şəxsin məhkəməsi də olub. Məhkəmənin hökmü ilə onu 3 aya qədər azadlıqdan məhrum ediblər.

Xatırladaq ki, may ayının 19-da Binəqədi rayonu, Azadlıq prospektində 16 mərtəbəli yaşayış binasında yanğın olmuşdu. Həmin yanğında Kamran Babayev adlı şəxs yalandan 4 nəfəri yanğından xilas etdiyini bildrimişdi. Sonradan araşdırmalar zamanı onun yalan dediyi məlum oldu.


OXŞAR XƏBƏRLƏR