Bakıda bacısı qızına təcavüz edən dayı həbs edildi - Rəsmi
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətindən Sfera.az-a daxil olan birgə məlumatda bildirilir ki, iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
Binəqədi rayon polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində R.Babayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, mətbuatda gedən yazılarda R. Babayevin L. Qafarovanın dayısı olduğu bildirilir.






