Elşad Abdulayevin Baş Prokurorluqda işləyən qardaşı işdən çıxarılıb
Kateqoriya məlum deyil
Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdulayevin qardaşı işdən qovulub.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Baş Prokurorluğun prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Elsevər Abdullayev xidməti və icra intizamının kobud pozuntusu hallarına yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib.
Qeyd edək ki, Elsevər Abdullayev ABU-nun keçmiş rektoru Elşad Abdullayevin qardaşıdır.






