Komissiyanın tərkibi təsdiqləndi - Siyahı
Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az xəbər verir ki, Sərəncamla Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi aşağıdakı kimidir:
Komissiyanın həmsədri
Natiq Əliyev – Azərbaycan Respublikasının energetika naziri
Komissiyanın üzvləri:
Vaqif Əliyev – Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini
Xələf Xələfov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Sahil Babayev – Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini
Toğrul Musayev – Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Elmir Vəlizadə – Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini
Musa Pənahov – Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini
İlham Quliyev – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Firdovsi Əliyev – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
İbrahim Quliyev – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Anar İmanov – Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri
Azərbaycan Xarici İşlər Nazirliyinə bu sərəncamla təsdiq edilən Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Vyetnam Sosialist Respublikası tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.