Kişilər əgər bu şirədən hər gün içsələr…

Kişilər əgər bu şirədən hər gün içsələr…

Balqabaq şirəsi unikal müalicəvi məhsuldur.
Onun tərkibində A, B, E, K vitaminləri, müxtəlif minerallar və s. faydalı maddələr var.

Sfera.az atv.az-a istinadən bildirir ki, balqabağın bişirilməsi zamanı bu maddələrin bir çox hissəsi dağılır, şirədə isə onlar saxlanılır.

Balqabaq şirəsi pektinlərlə zəngindir. Pektinlər orqanizmi ziyanlı maddələrdən təmizləyir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır.

Balqabaq şirəsi ürək-damar sistemi xəstəlikləri olan insanlar üçün çox faydalıdır.

Bu şirə kişi sağlamlığına da çox müsbət təsir edir. Prostat vəzi xəstəlikləri olan kişilərə həkimlər hər gün, gündə 1 stəkan olmaqla bu şirəni qəbul etmək tövsiyə edirlər. Müalicə kursu - 2-3 həftə.

Balqabaq şirəsi orqanizmə cavanlaşdırıcı təsir edir, orqanizmin tonusunu artırır.

Qaraciyər xəstəlikləri zamanı da şirə müalicəvi və profilaktik məhsul kimi istifadə oluna bilər. Balqabaq və onun şirəsi qaraciyərin ən xoşladığı məhsullardan biridir.

Balqabaq şirəsi qədimdə sidik ifrazı sisteminin iltihabları zamanı müalicəvi vasitə kimi istifadə olunurdu.

Balqabaq şirəsi öd kisəsinə və öd yollarına müsbət təsir edir, durğunluğu azaldır.

Artıq çəkidən əziyyət çəkən insanlar da bu şirədən faydalana bilərlər. Balqabaq şirəsi az kalorili məhsuldur, mübadilə proseslərini yaxşılaşdırır, artıq mayeni orqanizmdən xaric edir.

A vitamini və karotinlə zəngin olan balqabaq şirəsini uşaqların qidalanmasına daxil etmək lazımdır. A vitamini uşağın boyatma və inkişaf proseslərində böyük rol oynayır.

Soyuq fəsillərdə balqabaq şirəsi soyuqdəymə xəstəlikləri zamanı müalicəvi vasitə kimi istifadə oluna bilər. Bunun üçün 1/2 stəkan təzə balqabaq şirəsinə 1 çay qaşığı bal əlavə edib gün ərzində 2 dəfə qəbul etmək lazımdır. Bu qarışıq insanın immun sistemini gücləndirir ki, orqanizm daha fəal şəkildə viruslarla mübarizə aparır.

Xəstəliklərin profilaktikası üçün və orqanizmi möhkəmləndirmək məqsədi ilə balqabaq şirəsini hər səhər acqarına yeməkdən 20-30 dəqiqə əvvəl qəbul etmək lazımdır.

Bəzi mədə-bağırsaq sistemi xəstəlikləri zamanı, ishala meyllik olduqda bu şirə insana ziyan vura bilər.

Balqabaq şirəsi bağırsaqları yaxşı "işlədir". Bu səbəbdən qəbizlikdən əziyyət çəkən insanlar bu şirəni tez-tez qəbul etməlidir.

Balqabaq şirəsini hazırladıqdan dərhal sonra qəbul etmək lazımdır. Balqabaq şirəsini təzə alma, kök şirələri ilə qarışdırmaq olar.


OXŞAR XƏBƏRLƏR