Məzahir Pənahovu gizli dinləyiblər - “MTN işi”

Məzahir Pənahovu gizli dinləyiblər - “MTN işi”

MTN işi ilə bağlı həbs edilənlərin hamısı ilk gündəm təkadamlıq kameralara yerləşdirilib, onlara vəkilin ancaq dövlət tərəfindən ayrılmasına izin verilib.

Sfera.az xəbər verir ki, bu məlumatı “Yeni Müsavat” qəzeti yayıb. Qəzet bildirir ki, bu addım isə istintaq sirrinin qorunması üçün atılıb. Həbs edilənlər barəsində Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə ittiham verilib. Elan olunmuş ittihamlarda diqqətçəkən maddələrdən biri 308.2-dir. Bu maddə əsasən, seçki və referenduma qanunsuz müdaxilə cəhdləri üçün nəzərdə tutulub.

 Bu maddə vəzifə səlahiyyətlərinin aşılmasının ən ağırlaşdırıcı halı üçün nəzərdə tutulub və seçkilərə qanunsuz müdaxilə ilə bağlı cəzanın təyinini özündə ehtiva edir.Qəzetə məlumat verən mənbə bildirib ki, “seçkiyə aid olan hansısa proses və ya namizədlərdən kiminsə danışıqlarının dinlənilməsi olub ki, bu ittiham verilib. Artıq tam dəqiqləşib ki, MTN-dəki qrup Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovu da dinləyib. MSK sədrinin telefon danışıqları uzun müddət nəzarətdə olub”Mənbə M.Pənahovun dinlənilməsinin hansısa deputatlığa namizədin şantaj olunması və ya hansısa namizəddən pul qoparmaq niyyəti güddüyünü inandırıcı hesab etmir.

 MSK sədrinin 2013-cü il prezident seçkilərində də dinlənilməsi şübhələri var.Seçkilərlə bağlı toplanmış gizli danışıqların MTN üçün niyə bu qədər əhəmiyyətli olduğu barədə isə ancaq ehtimal irəli sürmək olar. Məsələn, bu telefon danışıqlarının hansısa Qərb ölkələrinin birinin telekanalı üzərindən yayılması və ya müxalifətə ötürülməsi hakimiyyətə çox ciddi zərbə ola bilərdi. MTN-də əməliyyatın və həbslərin ilk olaraq Monitorinq Mərkəzindən başlaması da təsadüf deyil. Monitorinq Mərkəzinin dərhal möhürlənməsi oradan hansısa materialların çıxarılması və ya məhv edilməsini əngəlləmək üçün edilib. MTN-dən nələr çıxarılıb, nələrin harada saxlanıldığını isə istintaq müəyyən etməlidir.

qafqazinfo


OXŞAR XƏBƏRLƏR