Logo

Deputatdan metrodakı intiharlarla bağlı təklif

Deputatdan metrodakı intiharlarla bağlı təklif
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Bu həftə Bakı metropolitenində iki nəfər gənc özünü relslər üstünə ataraq həyatına qəsd etdi. İki nəfər gənc həyatdan köçsə də, ailələrinə illərlə çəkəcək böyü bir ağrı qoyub getdilər”.

Sfera.az xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə sosial şəbəkədəki hesabında yazıb. "Vaxtında onlara psixoloji dəstək olmaqla faciələrin qarşısını almaq olardı” deyən deputat, gələcəkdə belə hadisələrin təkrarlanacağını istisna etməyib:

"Xaricdə bu problemin həllini artıq tapıblar və metro stansiyalarda qatar platformalarında qurulan qurğular sui-qəsdlərin qarşısını tam ala bilir.

Platformalarda bütün xətt boyu şəffaf divar çəkilir və aralarında olan qapılar ancaq qatar platformada dayandıqdan sonra açılır.

Belə sistem Rusiyanın Sankt-Peterburq, Koreyanın Seul və Çinin Tayvan adasının mərkəzi Taybey şəhər metrolarında qurulub. Bu yaxınlarda onlar Belarusun paytaxtı Minsk şəhər metrosunda da qurulacaq.

Belə sistemi Bakı metrosunda da qurmaq olardı”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR