Bakıda məşhur istirahət mərkəzinin sahibinin villası qarət olundu
Kateqoriya məlum deyil
Bakıda məhşur istirahət mərkəzinin rəhbərinin villası qarət olunub.
Sfera.az xəbər verir ki, criminal.az-a daxil olan məlumata görə, cinayət hadisəsi Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən villada törədilib.Hadisədən əvvəl villa satılmağa qoyulub. Müştəri gəlib və villanın sahibinə 30.000 min manat beh verib. Elə həmin gecə ev qarət olunub və həmin pul aparılıb. Hadisə baş verən evin kamera sistemi söndürülüb. Buna görə də cinayət anı video müşahidə kameralarına düşməyib.Verilən məlumata görə, oğurluq edilən villa Nabranda yerləşən istirahət mərkəzlərindən birinin sahibinə məxsus olub.






