Yaponiyada “yakuza ovu” başlayıb

Yaponiyada “yakuza ovu” başlayıb

Sfera.az bildirir ki, Yaponiya hüquq-mühafizə orqanlarının əməkdaşları sentyabrın əvvəllərindən bu günədək böyük yakuza klanı olan “Yamaquçi-qumi”nin əsas özəyini təşkil edən 96 üzvünü həbs edib. Bu barədə Milli Polis Agentliyinin oktyabrın 29-da yaydığı məlumatda bildirilir.

Qeyd edilir ki, həmin müddətdə asayiş keşikçiləri tərəfindən yakuza ilə əlaqəli olan 76 yerdə axtarış aparılıb.
Oktyabrın 20-də “Yamaquçi-qumi”nin liderlərindən biri Kenci Equçinin qeyri-leqal əməliyyatlar aparan “kağız” şirkətini yaratması ittihamı ilə həbs edildiyi barədə məlumat yayılmışdı. Yapon polisi bu addımı ilə yakuza klanını zəiflətməyə və yeni yaranmış qurumla baş verə biləcək toqquşmaların qarşısını almağa çalışır. /azərtac/


OXŞAR XƏBƏRLƏR