Elçibəyin nazirinə ölüm cəzası istəyən prokurorun məzarı üstündə klip çəkən kimdir? – MƏRHUMUN OĞLU DANIŞDI – VİDEO – FOTO
Buna da bax: Baş nazirə cəza istəyən prokurorun məzarı başında ŞOK VİDEO çəkilib: ”Bəs şərəfinə and içirdin ki…” – FOTO
Criminal.az-ın araşdırmasından sonra məlum oldu ki, videoda söhbət gedən mərhum Qaraxan Zülfi oğlu Ağayevdir.
//pressclub.az/wp-content/uploads/2018/01/img-7611-1.jpg 517w" sizes="(max-width: 300px) 100vw, 300px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; max-width: 100%; height: auto; margin: 0px 5px; display: inline-block;" />
Həmin şəxs vaxtilə Xızı rayon prokuroru olub, həmçinin sabiq müdafiə naziri Rəhim Qazıyevin, eks-baş nazir Surət Hüseynovun və digər siyasilərin məhkəmələrində dövlət ittihamçısı kimi çıxış edib.
Məlumat yayımlanandan sonra mərhum prokurorun hazırda Türkiyədə yaşayan oğlu İldrım Ağayev saytımızla əlaqə saxlayaraq atasının məzarı başında çəkiliş aparan şəxs barədə ətraflı məlumat verdi: ”Həmin şəxs Fəzail İbişovdur. Həmin şəxs atamın məzarı başında dayanaraq çəkiliş aparıb. Video təxminən ötən ilin oktyabrında çəkilsə də, bir neçə gün əvvəl sosial şəbəkələrdə yayılıb. Fəzailin əməli ilə bağlı Daxili işlər Nazirliyinin 102 xidmətinə ailə üzvlərim tərəfindən məlumat verilib. Baş prokuror Zakir Qaralova müraciət etmişəm. O adamın sülaləsi cinayətkardır. Atası Azərbaycanın dövlət suverenliyinə qarşı çıxdığına görə, 15 il məhkumluq həyatı yaşayıb. İki qardaşı isə qaçaq yolla ölkəyə narkotik gətirdiyinə görə həbs ediliblər”.
”Atam güc strukturlarında yeganə şəxs olub ki..”
İ.Ağayev həmin şəxsin mərhum atasına qarşı etdiyi əməli ailəsinə və atasının ruhuna təhqir hesab edir və onun cəzalandırılmasını xahiş edir: ”Atam rəhmətə gedəndən sonra Fəzail müəyyən yerlərdə dedi ki, guya məhkəmə işi ilə əlaqədar atama vəkillik üçün 500 manat pul verib. Çünki atam prokurorluq sistemindən təqaüdə çıxanda sonra mülki işlərlə nümayəndə kimi çıxırdı. Fəzailin orda-burda atamın ona borclu olduğunu dediyinə görə, həmin adama 3000 qaytardım. Amma indi o, mənim Azərbaycanda olmamağımdan istifadə edərək atamın məzarı başında klip çəkir. Mən evimi satmamışam, sadəcə uşaqlarımın təhsili Türkiyədə olduğundan bu ölkədə yaşayıram. Bütün Azərbaycan xalqına, onun rəhbər şəxslərinə üz tutub deyirəm ki, atam dövlətimizin suverenliyi üçün çalışıb. Azərbaycanın ilk hökmümətində vətənə xəyanət edənlərə cəza istəyib. Güc strukturlarında yeganə şəxs olub ki, Heydər Əliyev tərəfindən mükafatlandırılıb. Atam az da olsa bu vətən üçün xidmət edib. Dövlət qurumlardan xahiş edirəm, atamın ruhunu təhqir edənlər qanunla cəzalandırılsın’.
”Qaraxan Ağayev mənə yaxınlaşdı ki…”
Məlumat üçün bildirək ki, Q.Ağayev dövlət ittihamçısı olduğu vaxt sabiq müdafiə naziri Rəhim Qazıyevə ölüm cəzası verilməsini istəyib. Həmin məsələ ilə bağlı R.Qazıyev Criminal.az saytına bildirdi ki, 1994-cu ildə məhkəmə vaxtı Q.Ağayev mənə dəfələrlə yaxınlaşdı ki, sənin əməlində cinayət tərkibi yoxdur, dəhşətə gəlirəm. Amma sonda cinayətim yoxdur deyən dövlət ittihamçısı o vaxtki Baş prokuror Eldar Həsənovun sifarişi ilə mənə ölüm cəzası istədi.
Xatırladaq ki, Q.Ağayev 9 dekabr 2016-cı il tarixdə saat 16 radələrində paytaxtın Sabunçu rayonu ərazisində faciəvi şəkildə ölüb. O, "Küləfirəngi” restoranının qarşısında təxminən 3 metr hündürlüyündə pilləkəndən yıxılaraq aldığı xəsarətlərlə əlaqədar xəstəxanaya yerləşdirilib, dekabrın 21-də orada vəfat edib.
Q.Ağayevin oğlu İldırım Ağayev isə atasının qəsdən öldürüldüyünü idddia edirdi. O, mətbuata müsahibəsində demişdi ki, atasının ölümündə əsas şübhəli şəxs sabiq polis rəisi Nizami Tağıyevdir.
PressClub.Az
//pressclub.az/wp-content/uploads/2018/01/img-7619-696x567.jpg 696w, //pressclub.az/wp-content/uploads/2018/01/img-7619.jpg 713w, //pressclub.az/wp-content/uploads/2018/01/img-7619-515x420.jpg 515w" sizes="(max-width: 300px) 100vw, 300px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; max-width: 100%; height: auto; margin: 0px 5px; display: inline-block;" />
//pressclub.az/wp-content/uploads/2018/01/img-7620-501x420.jpg 501w, //pressclub.az/wp-content/uploads/2018/01/img-7620.jpg 671w" sizes="(max-width: 300px) 100vw, 300px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; max-width: 100%; height: auto; margin: 0px 5px; display: inline-block;" />
//pressclub.az/wp-content/uploads/2018/01/img-7610-1-696x875.jpg 696w, //pressclub.az/wp-content/uploads/2018/01/img-7610-1-334x420.jpg 334w, //pressclub.az/wp-content/uploads/2018/01/img-7610-1.jpg 719w" sizes="(max-width: 239px) 100vw, 239px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; max-width: 100%; height: auto; margin: 0px 5px; display: inline-block;" />






