Logo

İş axtaranlar üçün vacib xəbər - RƏSMİ AÇIQLAMA - VİDEO

İş axtaranlar üçün vacib xəbər - RƏSMİ AÇIQLAMA - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Təcrübəsi olmayan ali təhsilli gənclər də rahat iş tapa biləcəklər.

Bununla bağlı layihə "İşsizlikdən sığorta haqqında” qanunun aktiv məşğulluq proqramı çərçivəsində həyata keçiriləcək.

Dövlət Məşğulluq Xidmətinin Yerli orqanlarla və Sosial tərəfdaşlarla iş sektorunun müdiri Kamil Həsənov deyir ki, əvvəlcə ali təhsilli gənclər paytaxt və bölgələrdəki Məşğulluq mərkəzlərində qeydiyyata duracaqlar. Sonra isə həm məşğulluq mərkəzinin əməkdaşları, həm də gənclərin özləri uyğun iş yerlərinin axtarılmasına başlayacaqlar.

Həmin gəncin maaşının 50 faizi Məşğulluq Mərkəzləri tərəfindən ödəniləcək.

Layihəyə 3 gün sonra, yəni yanvarın 1-dən start veriləcək.

Növbəti dövrlər ərzində də statistik rəqəmlər analiz ediləcək və müqavilə müddəti bitdikdən sonra da həmin gəncləri işlə təmin edən şirkətlərlə əməkdaşlığa üstünlük veriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR