Logo

Tanınmış hakimin oğlu prokuror təyin edildi

Tanınmış hakimin oğlu prokuror təyin edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakının Nizami rayonuna yeni prokuror təyin edilib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəis müavini Pərviz İbayev tutduğu vəzifədən azad edilərək Bakının Nizami rayon prokuroru vəzifəsinə təyinat alıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya faktı təsdiqləyib.

Qeyd edək ki, Pərviz İbayev tanınmış hakim Mansur İbayevin oğludur.

Xatırladaq ki, Nizami rayon prokuroru olmuş Aqşin Ziyadov bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək Ədliyyə Nazirliyində yeni yaradılmış - Probasiya Xidmətinə rəis təyin edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR