Unibank bayram günlərində necə işləyəcək?
Kateqoriya məlum deyil
Unibank
müştəriləri bayram günlərində də bank xidmətlərindən istifadə edə biləcəklər. Azərbaycanın ən çox yüklənən və ən
yaxşı mobil bank xidməti seçilən Unibank Mobile, bayram günlərində belə müştərilərin
bank xidmətlərindən istifadəsini təmin edəcək. Unibank müştəriləri mobil əlavənin
köməyi ilə kredit, kommunal və digər ödənişlər edə və bir sıra bank əməliyyatları
apara biləcəklər. Bu gün ölkəmizdə Unibank Mobile istifadəçilərinin sayı
100.000-i keçib. Bu isə o deməkdir ki, ən azı 100 min Unibank müştərisi banka gəlmədən
istənilən vaxt və istənilən yerdə, bankın xidmətlərindən rahat və sürətli
istifadə edə bilir. Yanvarın 15-dək Unibank Mobile-la edilən bir çox ödənişlər
lotereyada 2018 AZN-dək pul uduşu şansı yaradır. Mobil əlavə ilə edilən əməliyyatlar
zamanı qazanılan bonusları isə dəyərli hədiyyələrə çevirmək mümkündür.
Unibank müştəriləri bayram günlərində kredit ödənişlərini Unibank Mobile-la yanaşı, unibank.az və hesab.az saytlarında - onlayn, Unibank, E -manat, MilliÖn ödəmə terminallarında isə nağd şəkildə ödəyə biləcəklər.
Bayram günləri ilə əlaqədar olaraq dekabrın 31-dən yanvarın 3-dək Unibank filialları fəaliyyət göstərməyəcək. Bankın bütün filialları yanvarın 4-ü saat 09:00-dan etibarən yenidən müştərilərinin xidmətində olacaq.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , //twitter.com/unibank) əldə etmək olar.
Unibank-hər kəsin bankı!






