Logo

Bakıda 30 yaşlı kişi hovuzda boğulub öldü - TƏFƏRRÜAT

Bakıda 30 yaşlı kişi hovuzda boğulub öldü - TƏFƏRRÜAT
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakıda 30 yaşlı kişinin hovuzda boğularaq ölməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

1987-ci il təvəllüdlü İsmayılov Şakir Bakir oğlunun Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 19/68 ünvanındakı kommersiya obyektinin həyətindəki ehtiyat su anbarına düşərək öldüyü məlum olub.

Bildirilir ki, orada fəhlə kimi işləyən Şakir İsmayılov hovuzun kənarında təmir işləri ilə məşğul olurmuş. Ehtiyatsızlıqdan o, dərinliyi 4 metr olan su quyusuna yıxılıb. Müəyyən fiziki məhdudiyyəti olan fəhlə xilas olmağa çalışsa da, buna müvəffəq ola bilməyib və boğularaq ölüb.

Qeyd edək ki, Ş.İsmayılovun meyitini FHN-in xilasediciləri sudan çıxarıb.

Faktla bağlı Nəraimanov rayon Prokurorluğunda araşdırma aparılır.

// Lent.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR