Unibank biznes sahiblərinə növbəti kredit məhsulunu təqdim edir
Ekvayrinq kreditinin üstünlükləri:
- Kreditin rahat və qısa müddət ərzində (1 gün ərzində) alınması;
- Girov və təminat tələbinin olmaması;
- Müştərinin POS terminal dövriyyəsi artdıqca kredit limitinin artırılması;
- Kredit ödənişinin avtomatik olması, yəni məbləğin müştərinin POS terminaldan keçən dövriyyəsindən tutulması.
Qeyd edək ki, artıq biznes sahibləri istədikləri vaxt, banka gəlmədən, istədikləri valyutada hesab bron edə bilirlər (//onlineservices.unibank.az/AccountOrder/index.html).
Unibank-ın korporativ müştəriləri banka gəlmədən bankın digər məhsul və xidmətlərindən də faydalana bilərlər. Unibank-ın mükəmməl rəqəmsal bankçılıq xidmətləri- Unibank Mobile Business (//onelink.to/um-business), İnternet Banking və Telegram Bot biznes sahiblərinə harada olmaqlarından asılı olamayaraq 24/7 öz bizneslərini idarə etmək, bank hesablarına sərəncam vermək imkanı yaradır.
Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək "Qara Qarayev”, "İçərişəhər” , "Dərnəgül”, "Yasamal”, 15 saylı, "Neftçilər”, "Əhmədli” filiallar və "Unibank- biznes mərkəzi”nə, eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan //www.unibank.az/az/corporate-clients) əldə etmək olar.
Unibank- Biznesinizə daimi dəstək!
Sfera.az






