Logo

Nazirlik “Adsız” uşaq məsələsinə aydınlıq gətirdi

Nazirlik “Adsız” uşaq məsələsinə aydınlıq gətirdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

““Adsız” adları ölü doğulmuş uşaqları göstərir. Onlar ölü doğulduğundan ad qoyulmadığı üçün “Adsız” adlandırılıblar”.

Bu barədə Modern.az-a açıqlamasında Ədliyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səyyad Məcidov deyib. O qeyd edib ki, Nazirliyin qeydiyyat orqanları öz fəaliyyətlərində “Adsız” kimi adların uşaqlara qoyulmasına icazə vermirlər.

“Belə bir şey yoxdur. Sadəcə həmin uşaqlar ölü doğulduğu üçün onlAr “Adsız” kimi göstəriliblər”.

Bu ilin yanvar ayında 13 oğlan, 5 qız uşağının doğum faktı qeydə alındığı üçün siyahıda yer alıblar, Lakin onlar ölü doğulduqlarından siyahıya "adsız" kimi düşüblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR