Logo

Prezident İlham Əliyev: İkinci erməni dövlətinin yaradılması ideyası xəstə məntiqdir - VİDEO

Prezident İlham Əliyev: İkinci erməni dövlətinin yaradılması ideyası xəstə məntiqdir - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ermənilər yaşadıqları hər ölkədə öz müqəddəratını təyin etmək istəsələr, onda bu dövlətlərin ermənilərə qarşı münasibəti necə olardı? Prezident İlham Əliyev bunu Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. Dövlət başçısı ermənilərin Dağlıq Qarabağda yeni dövlət qurmaq arzularını xəstə təfəkkür adlandırıb. Prezident İlham Əliyev Azərbaycanın dinlər, mədəniyyətlərarası dialoqa verdiyi töhfələrdən də danışıb...

"Ermənilər Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həlli gündəmə gələn kimi xalqların öz müqəddəratlarını təyin etmək hüququndan danışırlar. Ermənilər öz müqəddəratlarını bir dəfə təyin ediblər və ikinci dəfə belə bir hüququ tələb etmək heç bir məntiqə uyğun deyil. Azərbaycan heç vaxt imkan verməyəcək". Bunu "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfransda çıxış edən prezident İlham Əliyev deyib. Dövlət başçısı ermənilərin hər yaşadıqları ölkədə öz müqəddaratlarını təyin etməyi tələb etmələrini xəstə təfəkkür adlandırıb. "Ermənilər bir çox ölkələrdə yaşayırlar. İndi əgər onlar yaşadıqları bütün ölkələrdə Azərbaycandakı kimi öz müqəddəratını təyin etmək arzusuna düşərlərsə və aqressiv separatizmə əl atarlarsa, onda baxarıq o ölkələrin siyasəti necə olacaq",- deyə Prezident bildirib.

Prezident İlham Əliyev dünyada gedən proseslərin Azərbaycanın mövqeyi ilə üst-üstə düşdüyünü nəzərə çatdırıb. Dövlət başçısı Avropanın da hazırda separatizmlə üzləşdiyini və onun qarşısını almaq üçün sərt addımlar atdığını bildirib. Prezident İlham Əliyev erməni separatçılarının daha vəhşi üsullara əl ataraq soyqırımı törətmələrini və Azərbaycan torpaqlarını açıqca işğal etmələrini xatırladaraq, bu fəaliyyətlərə son qoyulacağını və Azərbaycanın ərazi bütövlüyünün təmin ediləcəyini vurğulayıb.

Dövlət başçısı Azərbaycanın təkcə coğrafi olaraq Şərqlə-Qərbin mərkəzində yerləşmədiyini, eyni zamanda bu iki böyük sivilizasiyanı birləşdirən bir mərkəz olduğuna da diqqət çəkib. Prezident İlham Əliyev Azərbaycanın təşəbbüsü ilə 2008-ci ildə ilk dəfə Avropa Şurasına üzv dövlətlərin mədəniyyətlər nazirlərinin toplantısına İslam Əməkdaşlıq Təşkilatı dövlətlərinin xarici işlər nazirlərinin dəvət olunmasını tarixi hadisə adlandırıb.

Dövlət başçısı Azərbaycanın təşəbbüs və fəaliyyətlərinin dünyada sülhün və dialoqun təmin edilməsinə yönəldiyinə diqqət çəkib. Prezident İlham Əliyev dünyada hazırda müşahidə olunan dözümsüzlük, islamafobiya, ksenofobiya, antisemitizm meyllərinin artdığını və bu problemlərdən yaxa qurtarmaq üçün Azərbaycan nümunəsinə böyük ehtiyac duyulduğunu vurğulayıb. Dövlət başçısı Avropa və İslam oyunlarının hər ikisinin ard-arda Azərbaycanda keçirilməsinin bu ölkənin həm Avropa, həm də İslami dəyərlərə böyük önəm verdiyini və hər iki böyük mədəniyyətin məhz Bakıda bir-birinə qovuşmasını böyük tarixi hadisə adlandırıb.

Prezident İlham Əliyev Azərbaycan dövlətinin dinlərə, mədəniyyətlərə olan münasibətinin onun iqtisadi fəaliyyəti ilə dəstəkləndiyini, Azərbaycanın təşəbbüskarı olduğu nəhəng enerji layihələrinin həm Şərq, həm də Avropa ölkələrinin gələcəyi üçün böyük əhəmiyyətə malik olduğunu qeyd edib. Cənub Qaz Dəhlizi layihəsi, Bakı-Tbilisi-Qars dəmiryolu xətti bu fikrin ən bariz nümunələridir.

Prezident İlham Əliyev Azərbaycanın 26 il ərzində dağılmaq təhlükəsi olan bir ölkədən dünyada böyük nüfuz sahibi olan bir ölkəyə çevrilməsinə diqqət çəkib. Dövlət başçısı Azərbaycanın son 14 il ərzində ən sürətlə inkişaf edən ölkə olduğunu və ötən dövr ərzində Azərbaycanın daxili məhsulunun 3 dəfədən çox artdığını bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR