Logo

“Oğluma 10 il iş verilsə də, Şeyxə ağız açmaram” — Qalib Salahzadədən AÇIQLAMA

“Oğluma 10 il iş verilsə də, Şeyxə ağız açmaram” — Qalib Salahzadədən AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadə kiçik oğlu Əlihüseyn Salahzadənin 3 il müddətinə həbs edilməsinə münasibət bildirib.

Hacı Qalib Salahzadə "Ölkə.Az”-a açıqlamasında oğlunun həbsini "məmur sifarişi” adlandırıb:

"Əvvəldən bilirdim ki, məndən əvəz çıxmaq üçün oğlumu həbs edəcəklər. Buna görə də nə Ali Məhkəməyə, nə də Apellyasiya Məhkəməsinə şikayət etməyəcəm. Hər şeyi Allahın məsləhətinə buraxıram. Allah günahkarı gec-tez cəzalandıracaq. Dəqiq bilirəm ki, oğlumun heç bir günahı yoxdur, onu bəzi məmurlar həbs etdirib”.

Q.Salahzadə oğlunun cəzasının yüngülləşdirilməsi ilə bağlı qudası Allahşükür Paşazadədən də heç bir kömək istəmədiyini söyləyib:

"Oğluma lap 10 il iş versələr də, yenə Şeyxə ağız açmaram, ondan kömək istəmərəm. Bu, Şeyxlik  məsələ deyil. Oğlumu mənə görə həbs ediblər”.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR