Prezident İlham Əliyev DTX Mədəniyyət Mərkəzinin əməkdaşlarını təltif edib
Kateqoriya məlum deyil
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin əməkdaşlarına "Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az-ın məlumatına görə, sərəncamla Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin aşağıdakı əməkdaşlarına "Əməkdar müəllim” fəxri adı verilib:
Hüseynova Elmira Bahadur qızı
Əsədova Nailə Əsəd qızı
İsmayılov Zakir Xeyrulla oğlu.






