Azərbaycanda 16 yaşlı oğlan ürəyindən bıçaqlanaraq öldürüldü
Kateqoriya məlum deyil
Ağdaşda qətl hadisəsi baş verib.
Sfera.az Apa-ya istinadən xəbər verir ki, hadisə bu gün 10.30 radələrində Ağdaş şəhərindəki Bəkir Nəbiyev küçəsində, mərkəzi poçtun qarşısında qeydə alınıb.
16-17 yaşlarında olduğu deyilən oğlanın ürəyindən bıçaqlanaraq öldürüldüyü bildirilir.
Onun meyiti müayinə olunmaq üçün Ağdaş morquna aparılıb.






