Bayram yarmarkalarında qiymətlər necədir? - VİDEO
Kateqoriya məlum deyil
Bakıda Yeni il münasibətilə bayram yarmarkaları açılıb.
Xezerxeber.az-ın məlumatına görə, metrostansiyaların qarşısında çadırlar qurulub.
Çadırların quraşdırılmasında məqsəd bayram ərəfəsində küçələrdə pərakəndə satışların qarşısını almaq və bazar qiymətlərinə nisbətən ucuz məhsullar təklif etməkdir. Bayram yarmarkaları 2018-ci il yanvarın 3-dək davam edəcək."Xəzər Səhər"in əməkdaşları bayram yarmarkalarındakı məhsullar və qiymətlərlə maraqlanıb, vətəndaşların fikrini öyrənib.






