"Qızım ürək tutmasından ölüb" - İntihar edən 24 yaşlı qızın anası

"Qızım 24 yaşında ürək tutmasından dünyasını dəyişib. Bunu sübut edən həkim rəyi də var".
 
Bu barədə bir neçə gün əvvəl intihar edərək dünyasını dəyişməsi haqda məlumat yayılan Əda Zeynalovanın anası Nigar Zeynalova deyib.
 
O bildirir ki, qızının intihar etməsi ilə bağlı xəbər həqiqəti əks etdirmir: "Mətbuatda yazılıb ki, guya atası yeni rəhmətə getdiyi üçün qızım dözməyib intihar edib. Yalandır. Qızımın atası Vahid Zeynalov 3 il əvvəl rəhmətə gedib. Düzdür, Əda bundan sarsılmışdı, amma o ağır dövrü çoxdan keçirmişdi. Dərslərinə gedib-gəlirdi. Üstəlik, deyilir "Elmlər Akademiyası”nda olub hadisə, halbuki biz "Sovetski”də yaşayırıq”.

Qeyd edək ki, mərhum UNEC-də MBA proqramı üzrə magistr təhsili alırmış. Qrup yoldaşları da bildirirlər ki, Ə.Zeynalova sonuncu günədək dərslərdə iştirak edib, əhval-ruhiyyəsi normal olub. Ana xəbəri verən bütün KİV-lərdən xahiş edir ki, yanlış məlumatı ləğv etsinlər: "Neçə gündə yasa başım qarışıb, indi bilmişəm belə xəbərlərin yayıldığını. Bu, mənə çox pis təsir edir. Mənim qızım ağıllı, düşüncəli qız idi, intihar edəcək bir səbəbi yox idi. Evdə rəhmətə gedib, mən, anam və oğlum yanında olmuşuq. Qəfil tutması tutdu, təcili yardım çağırdıq, kürəyi qaralmışdı, həkim də dedi ki, ürək tutmasıdır”. ///Lent.az
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu

Müştərilərə bir-birindən maraqlı mükafatlar qazandıran Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim edilib. 5 iyun 2025-ci il tarixində keçirilən canlı tir...

Pezeşkian həmin sənədi imzaladı

İran Prezidenti Məsud Pezeşkian Beynəlxalq Atom Enerjisi Agentliyi (ABEA) ilə əməkdaşlığı dayandıran Fərman imzalayıb.   Sfera.az xəbər verir ki, bu ...

Fransızlar üzr istədi - Eyfelə görə...

Fransada şiddətli istilər səbəbindən Eyfel qülləsinin zirvəsi iki günlüyünə turistlərin ziyarətinə bağlanıb. Rəsmilər vətəndaşlara və turistlərə günəşdən qorunm...

Şuşada mühüm tədbir başladı

Şuşada İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi və İƏT Ticarət və Sənay...

Bu gün bürcləri nə gözləyir? - QOROSKOP

Bu gün ulduzlar hər bürc üçün fərqli enerjilər və mesajlar gətirir. Kimisi keçmişlə üzləşir, kimisi isə yeni fürsətlərin qapısını açır. İş, sevgi və şəxsi həyat...

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi, istintaqçının təqdim etdiyi vəsatəti nəzərdən keçirərək azərbaycanlı Şahin Məmmədəli oğlu Lalayev barəsində hə...