Adınız sizə nə deyir? - VİDEO
"Qoy hələ doğulsun adını sonra taparıq”, "Adını mən qoydum, yaşını Allah versin!” Deyilənə görə, bu ifadələri deməklə kor-korana qoyulan adlar əslində insanın gələcək həyatında əhəmiyyətli rol oynayır. Körpəyə verilən ad gələcəkdə onun xarakterinə, hətta taleyinə təsirsiz ötüşmür. Elə qəhrəmanım Yasin Əkbərov da deyir ki, adının onun təhsilində, kariyerasında, eləcə də əxlaqının formalaşmasında böyük rolu olub. Bəzən valideynlər dünyasını dəyişən yaxınının adını yaşatmaq üçün onu yeni doğulmuş körpəyə qoyurlar ki, bu da zaman keçdikcə onun narazılığına səbəb ola bilir. Astroloqların fikrincə, mənaları bədbin olan adlara sahib insanlardan gələn mənfi enerji ərtafdakılara da təsirsiz ötüşmür. Elə bu səbəbdən də çalışmaq lazımdır ki, qoyulan adın mənası müsbət olsun. Bildirək ki, rəqəmlərin insan həyatına təsiri kimi, hərflərinki də az deyil. Mütəxəssislər bildirir ki, insan adlarının xüsusi səs vibrasiyası olur. Bunlar beyinin müxtəlif hissələrində müvafiq qıcıqlanmalar əmələ gətirir. Qıcıqlanmaların nəticəsində insan ruhunu adının emosiyaları üzərində tənzimləyir. Adın hansı səslərdən ibarət olmasından asılı olaraq, xarakterin müvafiq cizgiləri formalaşır. Buna bəzən "adların melodiyası” da deyilir. Tanışlıq zamanı ətrafdakıların insana ilkin münasibəti bəzən məhz onun adının necə səslənməsindən asılı olur. Qoyulan ad lətifələrin, komik filmlərin mövzusu olmamalı, dostlar, yoldaşlar arasında istehza doğurmamalıdır. Yaşanan bu xoşagəlməz halların qarşısını almaq üçün Azərbaycanda adların mənasından ibarət kitab hazırlanıb. Burada 4000 min qız və 3500 oğlan adının mənası açıqlanıb. 2010-2014-cü ilin statistikasına görə, ölkəmizdə hər 100 qız uşağından 50-nə Fatimə və Zəhra adı qoyulub. Oğlanlara isə daha çox Həsən, Hüseyn, Məhəmməd və Əli adları verilib. 2017-ci ilə gəlincə isə... Hər kəs adının layiqli daşıyıcısı olur. İstər yaxşı, istərsə də pis mənada. Amma insanları adlarına görə mühakimə etmək də doğru deyil. Buna görə də Qəhrəmanım Yasin də valideynləri ad qoyarkən diqqətli olmağa səsləyir. Ailə Məcəlləsinə görə, uşağa ad valideynlərin razılığı ilə qoyulur. Bu məsələdə onlar arasında fikir ayrılığı yaranarsa məsələ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir. Qanunvericilik böyüyəndən sonra öz adını bəyənməyənlərə onu dəyişdirmək imkanı da verir. Bir sıra xarici ölkələrdə isə bəzi adların qoyulması tamamilə qadağan edilib. Məsələn Türkiyənin Ali Məhkəməsinin qərarına görə, uşağa "Memati" adını qoymaq olmaz. Buna səbəb "Memati" adının tərcümədə "ölüm", "ölümcül" mənasını verməsidir. Pakistanda isə Məhəmməd adının qoyulması yasaqlanıb. Buna isə ölkədə bu adın çox yayılması və cinayət hadisəsi baş verərkən çaşqınlıq yaratması səbəb olub.
Sfera.az






