"Unibank" filialları həftə sonu da xidmətinizdədir
Unibankın Yeni il kampaniyası çərçivəsində yanvarın 15-dək bankdan kredit götürənlər, Unibank kartları və Unibank Mobile-la ödənişlər edənlər lotereyada 2018 AZN-dək pul qazanmaq şansı əldə edirlər. Lotereyanın 95 qalibi seçiləcək.
Loterеyada kimlərin qalib olmaq şansı var?
Kreditlər üzrə:
· Lotereya müddətində Unibankdan nağd kredit və ya Albalı Plus kredit kartı alan müştərilər;
Kartlar üzrə:
· Lotereya müddətində Unibankın debet, kredit və maaş kartları ilə nağdsız ödəniş edən müştərilər;
· Lotereya müddətində Unibank kartları ilə Unibank Mobil əlavəsində kommunal, mobil, stasionar, internet/ Tv xidmət ödənişi edən müştərilər. Kartlar ilə edilən nağdsız ödənişlərin hər 10 AZN- i müştəriyə lotereyada 1 iştirak şansı qazandırır. Kartlar üzrə lotereyada iştirak etmək üçün 15 yanvaradək unibank.az saytında (//onlineservices.unibank.az/LottoRegister/)qeydiyyatdan keçmək lazımdır.
Lotereya qalibləri aşağıdakı qaydada pul mükafatı əldə edəcəklər:
· 2 nəfər qalib hər biri 2018 manat
· 1 qalib 500 manat
· 22 nəfər hər biri 100 manat
· 70 nəfər qalib hər biri 50 manat.
2 hissədən ibarət tiraj yanvarın 23-də Unibankın Baş ofisində keçiriləcək. Uduş fondunun oynanılması xüsusi kompüter proqramı vasitəsilə elektron püşkatma qaydasında aparılacaq.
Loteryada iştirak edin və 2018-ci ildə şans üzünüzə gülsün!






