Dəhşətli təyyarə qəzasında ölü sayı açıqlandı
Rusiya Hava Yollarına aid "Airbus A-321" təyyarəsi Sinay yarımadasında qəzaya uğrayıb. Bizimyol.info xəbər verir ki, təyyarə 9000 km hündürlükdə olarkən pilot mühərrikdə nasazlıq yaranması barədə dispetçer məntəqəsinə məlumat verib.
Sonra onunla əlaqə itib.Qəza nəticəsində təyyarədə olan 224 nəfərin hamısı dünyasını dəyişib. Misir rəhbərliyi ölü sayını təsdiqləyib. Baş nazir Şərif İsmayıl təcili toplantı keçirib.Rusiya Xarici İşlər Nazirliyi rəsmi təmsilçisi Mariya Zaharova isə Misirdəki Rusiya səfirliyinin səlahiyyətliləri ilə qəza ilə bağlı araşdırmalara başlayıblar.
Xatırladaq ki, Misirdən havaya qalxan və içərisində 224 sərnişinin olduğu Rusiya Hava Yollarına aid "Airbus A-321" təyyarəsi, uçuşdan 30 dəqiqə sonra Kipr yaxınlığında radarlardan itib. Təyyarə Misirin Şarm-əl-Şeyx şəhərindən havaya qalxıb.Radarlardan itən təyyarənin az öncə qəzaya uğradığı məlum olub. Təyyarənin qalıqları Sinay yarımadasında tapılıb.
bizimyol






