Röya Ayxanın keçmiş biznes ortağı həbs edildi

Röya Ayxanın keçmiş biznes ortağı həbs edildi
 Tanınmış müğənni, əməkdar artist Röya Ayxanın keçmiş biznes ortağı həbs edilib.
Sfera.az "Report"a istinadən xəbər verir ki, R.Ayxanla birgə işləmiş tanınmış dizayner Səbinə Hüseynova Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Belə ki, S.Hüseynova dələduzluqda ittiham edilir. İttiham aktına əsasən, S.Hüseynova vətəndaş İlqar Babayevin 86 min dollar, başqa bir şəxsin isə külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İstintaq dövründə S.Hüseynova barəsində həbs qətimkan tədbiri seçilməyib. Bir neçə həftə əvvəl S.Hüseynovanın məhkəmə istintaqı başa çatıb və dövlət ittihamçısı onun 10 il müddətinə azadlıqdan məhkum edilməsini istəyib. Daha sonra S.Hüseynova növbəti proseslərə gəlməyib və dekabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi onun həbs edilməsini və barəsində polis tərəfindən axtarış qərarı çıxarıb.

Tutulan S.Hüseynova Bakı İstintaq Təcridxanasına köçürülüb.

Qeyd edək ki, əməkdar artist R.Ayxan bir neçə il bundan əvvəl S.Hüseynova ilə birgə moda evi açıb, biznes fəaliyyəti ilə məşğul olub. Ötən ay isə S.Hüseynovanın adı dələduzluq əməlində keçdiyi üçün R.Ayxan onunla iş birliyinə son qoyduğunu açıqlayıb.

OXŞAR XƏBƏRLƏR

Elgiz ailə həyatından danışdı: "Çox peşmanam"

Aparıcı Elgiz Əkbər ailə həyatından danışıb.   Sfera.az xəbər verir ki, bu haqda proqramında bəhs edən aparıcı yaşadığı peşmançılıqdan söz açıb:...

Azərbaycanda doğulan iş adamı Rusiyada belə saxlanıldı - VİDEO

Rusiyada tikinti şirkətinin baş direktoru 46 milyon rubl məbləğində dələduzluq ittihamı ilə saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə fon...

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 3-də ara...

Azərbaycanlılar daha çox hansı ölkələrdə məskunlaşıb? - ARAŞDIRMA

Dünyada yaşayan azərbaycanlıların ümumi sayı 50 milyonu keçib. Bu 50 milyonluq etnik azərbaycanlının yalnız təxminən 10 milyonu Azərbaycan Respublikasında yaşay...

Türkiyədə ruslarla bağlı problem: dövlət hərəkətə keçdi

Türkiyədə rusiyalı turistlərin köhnə dolları dəyişdirməsi ilə bağlı problem yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti öz mənbələ...

Prezidentlərin təkbətək görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb.   Sfera.az&n...