Logo

Azərbaycan xalçaları haqqında nəşr işıq üzü görüb

Azərbaycan xalçaları haqqında nəşr işıq üzü görüb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ənənəvi olaraq öz səhifələrində dünya muzeylərində saxlanılan Azərbaycan xalçaları haqqında məlumatlar dərc edən “Azərbaycan xalçaları” jurnalının XVI sayı işıq üzü görüb. Bu dəfə oxuculara Boston İncəsənət Muzeyində saxlanılan Azərbaycan xalçaları haqqında ətraflı məlumatlar və fotoşəkillər təqdim olunur.

Jurnalda Dərbəndin Dünya Mədəniyyətləri və Dinləri Tarixi Muzeyinin direktoru Diana Həsənova ilə müsahibə, AMEA-nın müxbir üzvü, t.e.d. Vəli Baxşəliyevin “Azərbaycan xalçalarında əks olunan qədim motivlər”,  sənətşünaslıq doktoru Kübra Əliyevanın “Tarixi yaşayış məskəni-Boyəhmədli”, t.e.d. Mədinə Himbətovanın “XIX-XX əsrin əvvəllərində Dağıstan azərbaycanlılarının ailə və nigah ənənələri”, t.e.d. Şirin Bünyadovanın “Azərbaycan atalar sözlərində toxuculuq məsələləri”, t.ü.f.d Ərşad Həsənovun “XVII əsrdə Azərbaycanda toxuculuq sənəti” və s. kimi elmi məqalələr, təhlillər tarix və sənətşünaslıq baxımından maraq doğurur.

Nəşrin baş redaktoru Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun “Karabakh region” (historical and ethnographical essay) (“Qarabağ bölgəsi: tarixi-etnoqrafik oçerk”) məqaləsində müxtəlif tarixi-etnoqrafik mənbələr, elmi ədəbiyyatlar əsasında Qarabağ bölgəsinin inzibati-siyasi, etnik və sosial-iqtisadi tarixinin bəzi mühüm məsələləri təhlil edilib.

“Yurdlar və xalçalar” rubrikasında Oğuz rayonuna və qədim xalçaçılıq məntəqlərindən biri olan Baş Daşağıl kəndinə ekspedisiya səfəri zamanı toplanmış materiallar yer almışdır. “Boyaqotunun xalçaçılıqda istifadəsi” məqaləsi Azərbaycanda bu qiymətli bitkinin becərilmə tarixi, məhsuldarlığı, həmçinin boyaq sənayesində istifadə imkanları haqqındadır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR