Logo

Bu qurum Nazirlər Kabinetindən alındı

Bu qurum Nazirlər Kabinetindən alındı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Nazirlər Kabinetinin tabeliyindən çıxarılıb.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bununla bağı "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” qərarda dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən, bu qərarın 1-3-cü hissələrində "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin qarşısında yazılmış "Nazirlər Kabineti yanında” sözləri çıxarılıb.

Bununla yanaşı, "Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnamə”yə dəyişiklik edilib. Bu dəyişikliyiə əsasən də "İçərişəhər”  Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin qarşısındakı "Nazirlər Kabineti yanında” sözləri çıxarılıb. Qoruq əvvəllər olduğu kimi yenə də İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən idarə ediləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR