Nəsimi rayonunda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş voleybol üzrə turnirə yekun vurulmuşdur.
Azərbaycan Voleybol Federasiyasının idman zalinda dekabrın 7-də final yarışları keçirilmişdir. Final yarışında Azərbaycan Tibb Universiteti ilə Azərbaycan Dillər Universitetinin komandaları rəqabət aparmışlar. Gərgin və maraqlı oyun nəticəsində Azərbaycan Tibb Universitetinin komandası qalib gəlmişdir. Beləliklə, Azərbaycan Tibb Universitetinin komandası birinci, Azərbaycan Dillər Universitetinin komandası ikinci və Azərbaycan Neft və Sənaye Universitetinin komandası üçüncü yerə layiq görülmüşlər. Qaliblər Rayon İcra Hakimiyyəti tərəfindən kubok, medal və hədiyyələrlə mükafatlandırılmışlar. Mukafatlandırma mərasimində Nəsimi rayon İcra hakimiyyətinin Başçısı Asif Əsgərov və Azərbaycan Voleybol Federasiyasının baş məqçisi Faiq Qarayev qalib komandaları təbrik edərək onlara idman yarışlarında hər zaman qalib olmağı arzulamışlar.
Tədbirin sonunda voleybolçu tələbələrlə xatirə şəkilləri cəkilmişdir.














